Ümumi məlumat

Azərbaycanın şimal-mərkəz hissəsində yerləşən İsmayıllı rayonu 1931-ci ildə təşkil olunmuşdur. İlk vaxtlar rayonun inzibati mərkəzi Basqal kəndində olmuş, qısa müddətdən sonra İsmayıllı kəndinə köçürülmüşdür. Rayon təşkil edilənədək onun ərazisinin böyük bir hissəsi Göyçay qəzasının bir hissəsi Şamaxı qəzasının, kiçik bir hissəsi isə Şəki qəzasının tərkibində olub. İsmayıllı şəhəri 1959cu ilə qədər kənd, 1967 ci ilə qədər şəhər tipli qəsəbə olmuş, sonra şəhər adını almışdır Rayonun ümumi torpaq sahəsi 217315 ha-dır. Adambaşına 3,6 ha torpaq sahəsi düşür. Kənd təsərrüfatı üçün yararlı torpaqlar 98070 ha, onlardan əkin yerləri 36460 ha təşkil edir. Rayonun füsünkar təbiətini, gözəl landşaftlarını, flora və faunasını nəzərə alaraq 1969-cu ildə sahəsi 74 min ha olan İsmayıllı yasaqlığı yaradılmışdır. 1981-ci ildə yasaqlığın tərkibində təbii kompleksi qoruyub saxlamaq məqsədi ilə sahəsi 5780 ha olan İsmayıllı qoruğu təsis olundu.  İsmayıllı rayonunda 109 yaşayış məntəqəsi var. Onlardan biri şəhər ikisi şəhər tipli qəsəbə (Lahıc, Basqal) yüz altısı isə yaşayış məntəqələridir.  Rayon ərazisində 2 şərab zavodu, bir kərpic zavodu, 2 asfalt zavodu, bir beton zavodu, 21 turizm-istirahət mərkəzi, 12 bank filialı və bank olmayan kredit təşkilatı  fəaliyyət göstərir. Rayon ərazisində 46 tam orta, 22 ümumtəhsil orta və 12 ibtidai məktəb, 10 məktəbəqədər təhsil müəssisəsi, 3 xəstəxana, 11 həkim məntəqəsi, 2 poliklinika, 24 tibb məntəqəsi və bir gigiyena və epidemiologiya mərkəzi, 2 tarix-mədəniyyət qoruğu (Lahıc, Basqal), 5 qala, 233 mədəniyyət abidəsi, Heydər Əliyev Mərkəzi, 2 tarix-diyarşünaslıq muzeyi, 1 mədəniyyət mərkəzi, 7 mədəniyyət evi, 22 klub, 4 mədəniyyət və istirahət parkı, mərkəzi kitabxana sisteminin əhatə etdiyi 39 kitabxana filialı, 1 incəsənət məktəbi, 1 rəsm Qalereyası, 1 Turizm İnformasiya Mərkəzi, 1 Peşə Tədris Mərkəzi və İsmayıllı Dövlət Humanitar və Texnalogiya Kolleci mövcuddur.   İsmayıllı rayonunun əhalisi 01.01.2018-ci il tarixə 86106 nəfərdir.Ərazidə 125 nəfər Qarabağ müharibəsi əlili, 625 nəfər veteranı, 139 şəhid ailəsi, 28 nəfər Böyük Vətən Müharibəsi veteranı, 650 nəfər əmək veteranı, 11 nəfər əməkdar müəllim, 12 nəfər “Tərəqqi”, 6 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüş sakin yaşayır.  

İsmayıllı dövlət yasaqlığı

İsmayıllı dövlət yasaqlığı 34,4 min hektar sahədə yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşların qorunması və sayının artırılmasından ibarətdir. Ərazinin bitki örtüyü alp, subalp dağ-çəmən və meşə bitkilərindən ibarətdir. Meşə ilə örtülü sahə, əsasən vələs, fıstıq və palıd ağaclarından ibarətdir. Yasaqlıqda təkə, cüyür, nəcib Qafqaz maralı, köpgər, çöl donuzu, vaşaq, canavar, tülkü, dovşan, çaqqal, meşə pişiyi, yenot, porsuq, dələ və s. heyvanlar, kəklik, qırqovul, turac, alabaxta, bildirçin, boz kəklik, yaşılbaş ördək, cürə,ağ və boz vağ və s.quşlar məskunlaşmışdır.

Son paylaşımlar

23May

İvanovkada “Heydər Əliyev idarəetmə məktəbi”nin səyyar məşğələsi keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar İsmayıllıda formaca m&u...

Ətraflı

23May

Lahıc folkloru öyrənilir, təbliğ olunur, “Xalq kollektivi”nə çevrilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım, Heydər Əliyev Fondunun prezid...

Ətraflı

23May

“Lahıc folklor kollektivi”nə “Xalq kollektivi” statusu verilib

Azərbaycanın qədim tarixə malik xalq yaradıcılığı və qeyri-maddi mədəni irsinin qorunması, zənginləş...

Ətraflı