İvanovkada “Heydər Əliyev idarəetmə məktəbi”nin səyyar məşğələsi keçirilib

23/05/2019 1

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar İsmayıllıda formaca müxtəlif, məzmunca zəngin, coğrafi əhatəsi geniş olan tədbirlər keçirilir. 07 may 2019-cu il tarixdə “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsinin İvanovkada qonşu kəndlərin nümayəndələrinin iştirakı ilə keçirilməsi hamı tərəfindən bəyənilən tədbir olmuşdur.Tarix müəllimi Nadejda Jabina ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məruzə ilə çıxış edib.Rayon ağsaqqallar şurasının sədri Valeh Salehov Ulu öndərin xalqa qayğısından, bölgələrə etdiyi müntəzəm səfərlərinin yüksək nəticələrə gətirib çıxarmasından, İsmayıllıya gəlişi ilə insanlara yeni həyat bəxş etməsindən, İvanovkaya, kolxozun keçmiş sədri N.Nikitinə bəslədiyi dostluq münasibətlərindən danışıb.Ruşan kəndindən gələn nümayəndə-pensiyaçı müəllim İnqilab Məmmədov 5 dekabr 1981-ci ildə zəlzələnin nəticələrinin aradan qaldırılmasını təmin emək məqsədilə İsmayıllıya səfəri zamanı Heydər Əliyevin Ruşana da gəlməsindən, sakinlərə qayğılı, məhəbbətli münasibətindən, bilavasitə onun tapşırığı ilə yeni qəsəbə salınmasından, Ruşana yol çəkilməsindən danışıb. Qeyd edib ki, həmin il Qərbi Azərbaycandan yenicə köç etmişdik. Evsiz-eşiksiz idik. Yeni qəsəbə bizim üçün salındı, Ulu öndərə rəhmət diləyərək həmin qəsəbədə arzu etdiyimiz, istəyində olduğumuz həyatı yaşayırıq. Ümummilli liderimiz Heydər Əliyevin xalqın xidmətçisi, onun həyatının təminatçısı olmaq siyasətini cənab Prezident İlham Əliyev çox uğurla davam etdirir. Fevralın 5-də İsmayıllı, Şamaxı və Ağsuda baş verən zəlzələdən dərhal sonra ölkə rəhbərinin bölgələrə gəlməsi dediyim fikri tam təsdiqləyir.Çıxışlardan sonra şagirdlər Ulu öndərə, Azərbaycana həsr olunmuş şeirlər söyləyiblər.İştirakçılar ümummilli liderin adını daşıyan küçədə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.