Lahıc folkloru öyrənilir, təbliğ olunur, “Xalq kollektivi”nə çevrilir

23/05/2019 1

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tükənməz qayğıları, milli-mənəvi dəyərlərimizə yeni yaşam gətirmələri Lahıc folkloru, xalq sənətkarlığı, şəhərsalma mədəniyyəti, təhsili və elmi inkişafı ilə birgə artıq beynəlxalq miqyasda tanıtmışdır. Aid elmi müəssisələr, iqtisadi-sosial, mədəniyyət strukturları da bu istiqamətdə əsaslı iş görür.AMEA-nın Folklor İnstitutunun keçən il İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi Beynəlxalq Folklor Konfransı bu baxımdan diqqətəlayiq tədbir olub. Həmin konfransdakı çıxışlar və mütəxəssislərin məqalələrindən ibarət kitab çap edilib, elmi tədbirə film həsr olunub.Lahıc qəsəbəsi tam orta məktəbinin akt zalında filmin və kitabın təqdimat mərasimi olub. Əvvəlcə filmə baxılıb.Tədbiri giriş nitqi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb, qonaqları və iştirakçıları salamlayıb. Qeyd edib ki, dövlətimizin, cənab Prezident İlham Əliyevin və ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti və qayğısı sayəsində Lahıc qəsəbəsi, Lahıc folkloru, etnoqrafiyası, tarixi, sosial həyatı, təhsili tam yeniləşmiş dövrünü yaşayır. Lahıc qəsəbəsi həyat fəaliyyətinin bütün istiqamətlərində inamla yüksəlişə doğru gedir. Bu günlərdə Lahıc folklor kollektivinə “Xalq kollektivi” adının verilməsi də Mehriban xanımın milli-mənəvi dəyərlərimizə, tariximizə, mədəniyyətimizə verdiyi çox böyük qiymətin nəticəsidir.AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov çıxışında rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyətindən, Lahıcda aparılan yaradıcılıq və tədqiqatçılıq işlərindən, rayon rəhbərliyinin folklor araşdırmaçıları üçün yaratdığı şəraitdən, konfransa həsr olunmuş kitabın və filmin əhəmiyyətindən danışıb.Folklor İnstitutunun aparıcı elmi işçisi Atəş Əhmədli Lahıcla bağlı apardığı araşdırmalardan danışıb, nəticələri əks etdirən kitabları məktəbin kitabxanasına bağışlayıb.Folklor İnstitutunun dissertantı Dadaş Əliyev çıxışında sonrakı fəaliyyət üçün bir sıra səmərəli təkliflər verib.Qəsəbə tam orta məktəbinin XI sinif şagirdi Zöhrə Əliyeva gənc folklor maraqlısı kimi məzmunlu çıxış edib.