Aşıq Yanvar Bədəlov

Aşıq Yanvar Bədəlov 1942-ci il fevralın 2-də İsmayıllı rayonunun Tircan kəndində doğulub. Bu, o Tircan kəndidir ki, böyük rus şairi Mixail Lermontov  Qafqaz səfərində bu kənddə qonaq olmuşdu. Bu kənd qədim tarixə malikdir. Yanvar orta məktəbdə oxuyarkən qonşu Tağlabiyan kəndində yaşayan Aşıq Şamildən aşıq sənətinin sirlərinə yiyələnmişdir. Orta təhsili başa vurandan sonra Bakı Mədəni-Maarif Texnikumunu bitirmişdir. 1963-cü ildə respublika festivalının iştirakçısı olmuş və II dərəcəli diplomla təltif olunmuşdur. 1970-ci ildən Tircan kəndində açılmış mədəniyyət evinin müdiri təyin edilmişdir. Sonralar müxtəlif baxış və müsabiqələrdə iştirak edərək, bir sıra diplom və fəxri fərmanlara layiq görülmüşdür. 2004-cü ildə isə “Respublika aşıqları” müsabiqəsinin “Şirvan aşıq sənətkarları” nominasiyasının qızıl medalına layiq görülmüşdür.