İsmayıllı rayon Heydər Əliyev Mərkəzi

Mərkəz Mədəniyyət Turizm Nazirliyinin İsmayıllı rayonunda Heydər Əliyev Muzeyinin yaradılması haqqında 24.04.2008-ci il tarixli 216 nömrəli əmrinə əsasən yaradılıb, 07.05.2009-cu il tarixli, 188 nömrəli əmrinə əsasən Heydər Əliyev muzeyi 15 may 2009-cu il tarixindən Heydər Əliyev Mərkəzi adlandırılmağa başlanmışdır. 2007-ci ildə tikilməyə başlanmış 2008-ci ildə başa çatmışdır. Mərkəz 3 mərtəbədən ibarətdir. I mərtəbədə 8 otaqdan və 1 foyedən ibarətdir. II mərtəbə 1 foye, ekspozisiya zalı və inzibati otaqlardan ibarətdir. III mərtəbə 7 iş otağı, 2 kitabxana otağı,  2 qonaq otağı, 1 konfrans zalı, 1 mətbəxt, 1 inzibati otaqdan ibarətdir. Sahəsi 2100 kv.m Mərkəzin fondunda 442 ekponat saxlanılır. Mərkəzin ekspozisiyasında Ümummili lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, sənədlər, kitablar və s. Nümayiş  edilir. Mərkəzin veb saytı yoxdur Mərkəzin facebook səhifəsi: İsmayıllı Rayon Heydər Əliyev Mərkəzi - https://www.facebook.com/ismayilli.merkez/ Mərkəzin iş günləri: həftənin 1-6 günləri saat 9:00- dan 17:00-a qədər, istirahət günü həftənin bazar günü. Mərkəzdə ödənişsiz Şahmat, Rəssamlıq və Bacarıqlı əllər dərnəkəri fəaliyyət göstərir. 2019-cu il Yanvar ayından isə Rus dili və İngilis dili kursları fəaliyyətə başlayacaq. Mərkəzin ünvanı: İsmayıllı şəhər Heydər Əliyev prospekti 57. İsmayıllı rayon Heydər Əliyev Mərkəzi Əlaqə nömrəsi: iş: (020) 285-16-03. Mob: 070-365-49-50