Mədəni irs

İsmayıllı Rayonu ən gözəl ən qədim şəhərlərdən biridir. Rayonun ərazisi  III əsrin əvvələrində  yaranmış, Albaniya dövlətinin tərkibində olmuşdur. Tarixi faktlar sübut edir ki, Cavanşirin mənsub olunduğu Mehranilər Girdiman knyazlığını məhz İsmayıllı ərazisində yaratmışdır. Cavanşir də bu nəsildən idi. Rayonun ərazisində  Cavanşirin adı ilə bağlı qala mövcuddur. İsmayıllı hələ qədim dövrlərdən sənətkarlıq şəhəri kimi məşhurlaşmışdır. İsmayıllının  Lahıc qəsəbəsi  Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olub xalq sənətkarları , özünəməxsus adət-ənənələri  və gözəl təbii landşaftı ilə məşhurdur. Lahıc sənətkarlarının ustalığı Azərbaycan xalqının  dekorativ-tətbiqi sənətdə kökü çox qədimə gedən köklərindən bəhrələnir. Lahıc təkcə  özünəməxsus memarlıq və adət-ənənləri ilə  məşhur deyil , həm də öz gözəlliyi və unikallığı ilə diqqət çəkən əsərlər yaradan xalq sənətkarları ilə tanınır. Burada 127-yə yaxın sahəsi inkişaf etmiş sənətkarlığı qeyd etmək lazımdır. XIX əsrin ortalarında Lahıcda 250-yə yaxın sənətkarlıq emalatxanasl və dükanı vardı.  Bügünkü Lahıc ustaları xalq sənətkarlığı ənənlərini davam etdirməkdədirlər. Düzdür , həmin sənət növlərinin bir çoxu unudulub ,amma misgərlik , xalçaçılıq , dəmirçilik, bənnalıq ,dülgərlik ,dabbağlıq və s. kimi sənətlər hələ yaşadılır. Azərbaycan dövləti sənətkarlığı qorumaq üçün həmin sənətkarları vergilərdən tam azad edib. Orta əsrlrdə Lahıcda hazırlanmış xəncər və qılınclar regionda ən keyfiyyətli hesab edilirdi. Bu qılıncların qəbzəsi qızıl və gümüşlə işlənirdi.
Basqal sənətkarları tərəfindən toxunan kəlağayılar yaşa və zövqə uyğun olaraq müxtəlif rənglərə boyanırdı. ”Heyratı”, ”Hələbi”, ”Gülvəngi”, ””Saçaqlı”, “Sumağı”, ” Ağzəmin”, Bağdadı” və sair adlı əlvan kəlağayılar əsas yer tuturdu. Hal-hazırda bu sıraya ”Basqalı” və “”Yeddi rəng” adlı kəlağayılar da əlavə edilib. Basqalda hazırlanan kəlağayıların naxışlanmasında müxtəlif qəliblərdən istifadə olunurdu. Həmin qədim qəliblər bu gün də qalmaqdadır.
 Azərbaycan mədəniyyəti növlərindən olan ”Azərbaycan kəlağayısı sənəti” Basqal kəlağayısının timsalında 2014-cü ildə UNESCO-nun qeyri maddi-mədəni irsinin  Reprezentativ siyahısına daxil edilmişdir.