Misgərlik

Lahıcda ən məşhur sənət misgərlik olub. Lahıc misgərlik sənəti 2015-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.  Artıq yüz illərdir ki , Lahıc mis məmulatların hazırlanma mərkəzi kimi məşhurdur. O mis məmulatlarla nəinki Azərbaycanı ,həm də bütün Qafqazı təmin edirdi. Buradan məhsullar İrana və Kiçik Asiyaya ixrac edilirdi. Bəlkə də dünyanın heç bir yerində misgərlik bu dərəcədə inkişaf etməyib.Mis xammalı Bakı , Tiflis ,Gədəbəy ,Zəngəzur  habelə xaricdən Suriya, Türkiyə , İngiltərə  və Həbəşistandan gətirilirdi.Sovet dövründə isə Ukrayna və Rusiyadan idxal edilirdi.  Misgərlik sənətinin uğurlu inkişafı əlavə daha 40-a yaxın köməkçi peşə və sənət sahələrinin (qalayçılıq, dabbağlıq,dəmirçilik ,kömürçülük ) yaranmasına və inkişafına səbəb oldu.