İsmayıllı rayon Heydər Əliyev  adına  Mədəniyyət Mərkəzi

İsmayıllı rayon Heydər Əliyev  adına  Mədəniyyət Mərkəzi (keçmiş rayon  Mədəniyyət Evi) 1975-ci ildən bu günə kimi fəaliyyət göstərir. 2012-ci ildə bina əsaslı təmir olunaraq yüksək səviyyəli iş şəraiti yaradılmış, yeni texniki vasitələr, invertar avadanlıqlarla təchiz olunmuşdur.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 27 dekabr 2012-ci il tarixli 654 saylı əmri ilə Rayon Mədəniyyət Evinin bazasında Rayon Mədəniyyət Mərkəzi yaradılmışdır.
Rayon Mədəniyyət Mərkəzinin tabeliyində “Niyal” ansambılı, Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən həvəskarlardan ibarət “Xalq teatrı” və  “Kukla teatrı”, Lahıc qəsəbə Folklor klubu, Mollaisaqlı, Hacıhətəmli, Qurbanəfəndi kənd Folklor musiqi kollektivləri, Diyallı, Kürdmaşı,  Qubaxəlilli kənd,Basqal qəsəbə Mədəniyyət evləri, Qalacıq kənd Sənətkarlıq klubu fəaliyyət göstərir. Ümumilikdə 22 klub fəaliyyət göstərir.Qeyd edək ki, adları çəkilən kollektivlər müntəzəm olaraq müxtəlif telekanallarda musiqimizi, qədim sənət nümunələrimizi təbliğ edirlər.
Rayon Mədəniyyət Mərkəzinin və filialların sənətkarlıq nümünələri hər il keçirilən müxtəlif beynəlxalq festivallarda müxtəlif əyyarlı medallara, diplom və fəxri fərmanlara layiq görülmüşdür.