Silahsazlıq

Orta əsrlrdə Lahıcda hazırlanmış xəncər və qılınclar regionda ən keyfiyyətli hesab edilirdi. Bu qılıncların qəbzəsi qızıl və gümüşlə işlənirdi. Buradakı ustalar deyilənlərə görə Dəməşq poladının hazırlanma üsulunu bilirdilər. Onların hazırladığı polad Dəməşq poladından geri qalmırdı. Buna görə də XVII –XVIII əsrlərdəLahıc soyuq silah hazırlanmasında xüsusi mövqeyə malik idi. Odlu silah hazırlanmasında da böyük uğurlar əldə edilmişdi.Artıq XIXəsrdə Lahıcda 8 silah sexi fəaliyyət göstərirdi. Etibarlı mənbələrdən bu da məlumdur ki , Rusiyanın Tula və İjevck şəhərlərindən silah mütəxəssisləri Lahıc ustalarının iş təcrübəsi və sənət sirlərinə xüsusi maraq göstərmişlər. Bu gün də Lahıc ustaları soyq silah nümunələri düzəldərək onları xüsusi bəzəklərlə əsl sənət əsərinə çevirə bilirlər.