Xalçaçılıq

Xalq sənətkarlığının illərlə əmələ gəlmiş ənənələri Lahıcda xalçaçılığın inkişafı və yayılması üçün geniş imkan yaratmışdı. Artıq XX əsrin ortalarından xalça arteli təşkil olunmuşdu. Lahıc xalçalari öz yüksək bədii keyfiyyətləri ilə geniş şöhrət tapmışdı. Vaxtilə 500-dən artıq toxucunun çalışdığı müəssisədə indi ondan 10 dəfə az adam çalışır. Amma onlar yenə də xüsusi gözəlliyi, rəngələrinin dolğunluğu , naxışların cazibədarlığı ,xovunun yumşaqlığı və yüksək sıxlığına görə digər yerlərdə hazırlanan xalçalardan üstün olanxalçalar toxuyurlar.